​​​​​​​Bakıda evdən kişi meyiti tapıldı
Bizi izləyin

Hadisə

​​​​​​​Bakıda evdən kişi meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1941-ci il təvəllüdlü Allahverdiyev Adil Ağaəli oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm