26 yaşlı gənc qəzada öldü
Bizi izləyin

Hadisə

26 yaşlı gənc qəzada öldü

Şəmkir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şəmkir rayonunun Könüllü kəndi ərazisində "VAZ" markalı minik avtomobili və “Mercedes” markalı yanacaqdaşıyan avtomobillə toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü, 1994-cü il təvəllüdlü Həsənov Murad Arif oğlunun meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm