Oğlunun evlənməsi münasibətilə məclis keçirdi - POLİS BASQIN ETDİ
Bizi izləyin

Hadisə

Oğlunun evlənməsi münasibətilə məclis keçirdi - POLİS BASQIN ETDİ

Polis əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinə şəhər sakini Qadir Mahmudovun oğlunun evlənməsi məqsədilə evində məclisi təşkil etməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal həmin ünvana gəlib və karantin qaydalarının pozulması hallarını aşkar ediblər. Ev sahibi və məclisi təşkil edənlər Polis Şöbəsinə dəvət olunub.

Xüsusi karantin qaydalarını pozan 11 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb və onlar cərimə ediliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm