Azərbaycanda sərxoş şəxs avtobusu insanların üzərinə sürdü - ÖLƏN VƏ YARALANAN VAR
Bizi izləyin

Hadisə

Azərbaycanda sərxoş şəxs avtobusu insanların üzərinə sürdü - ÖLƏN VƏ YARALANAN VAR

Şabran şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 30-da saat 21 radələrində Şabran şəhərində şəhər sakini N.Şeydayev sərxoş vəziyyətdə idarə etdiyi “KAvZ” markalı avtobusla yolun kənarı ilə hərəkət edən həmyerliləri Q.Rzayevanı və əri E.Mürsəlovu vurub.

Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb, həyat yoldaşına isə xəstəxanada ilkin tibbi yardım göstərilib. Şabran RPŞ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm