Qubada ev, Abşeronda sex yandı
Bizi izləyin

Hadisə

Qubada ev, Abşeronda sex yandı

Quba rayonunun İkinci Nügədi kəndində ümumi sahəsi 60 kv.m olan birmərtəbəli taxta konstruksiyadan ibarət ev və içərisindəki əşyalar yanıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Abşeron rayonunun Xırdalan şəhərində də yanğın olub.

Altımərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 120 kv.m olan dərzi sexində 10 kv.m sahədə parça yanıb.

Sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm