• USD 1,7000 0,00% EUR 2,0193 0,00%
    • GBP 2,3709 0,00% RUB 0,0232 0,00%

Azərbaycanda bayram gecəsi dəhşətli hadisə - Gənc oğlan öldü

  • Hadisə
  • 2 Yanvar 2021 19:01
  • 1 046 Baxış
Azərbaycanda bayram gecəsi dəhşətli hadisə - Gənc oğlan öldü

Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, hadisə dekabrın 31-də saat 22:00 radələrində Sabirabad şəhəri ərazisində qeydə alınıb.

Xaçmaz rayon sakini T.İsmayılov idarə etdiyi “VAZ-2107” markalı avtomobili daş hasara vurub.

Nəticədə, sürücü və sərnişini, İmişli rayon sakini, 28 yaşlı Toğrul Şükürzadə xəsarətlərlə xəstəxanaya yerləşdirilib, T.Şükürzadə yanvarın 1-də orada ölüb.

Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR