AAYDA-nın avtomobili qəzaya düşdü: ölən var
Bizi izləyin

Hadisə

AAYDA-nın avtomobili qəzaya düşdü: ölən var

Bakıda yol qəzası baş verib.

FHN-in Mətbuat xidmətindən Publika.az-a bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda "Kia" markalı minik avtomobilinin UAZ markalı yük avtomobilinə çırpılması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, UAZ markalı avtomobilin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm