Obyekt sahibi və müştəriləri polis idarəsinə aparıldı
Bizi izləyin

Hadisə

Obyekt sahibi və müştəriləri polis idarəsinə aparıldı

Qax rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq, gizli fəaliyyət göstərən kompüter oyunları zalı aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı Marsan kəndi ərazisində Sakit Osmanova məxsus obyektə baxış keçirilən zaman obyekt sahibi və müştərilərin xüsusi karantin rejimi qaydalarını pozduqları müəyyən edilib.

Həmin şəxslər Polis Şöbəsinə dəvət olunub və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm