Sumqayıtda tanınmış jurnalistin avtomobilinin şüşələrini sındırdılar - FOTO
Bizi izləyin

Hadisə

Sumqayıtda tanınmış jurnalistin avtomobilinin şüşələrini sındırdılar - FOTO

Sumqayıtda tanınmış jurnalistin avtomobilinin şüşələri sındırılaraq oğurluq edilib.

Publika.az xəbər verir ki, hadisə ötən gecə 36-ci məhəllədə qeydə alınıb. Belə ki, jurnalist İlham Məmmədzadənin həyətdə saxladığı “Mercedes” markalı avtomobil qarət edilib.

İ.Məmmədzadə sosial şəbəkdə yazıb ki, Sumqayıtda bu tip hadisələrə tez-tez rast gəlinir: “Sumqayıt şəhəri kriminal hadisələri ilə yenə öndədir.

Kimdirsə jurnalisti daha imkanlı hesab edir. Son 2 ildə ikinci dəfədir ki, bu hadisə baş verir.

Səbəbi isə çox sadədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsindən bu kimi hallara baxılmamasıdır. Polis rəsmi şəkildə bildirir ki, dəymiş ziyan 5 000 manatdan aşağı olduğu üçün cinayət işi açılmır.

Vətəndaşın əmlakına basqın edilərək zərər vurulur, polis isə bildirir ki, dəymiş zərər az olduğundan cinayət işi açılmır.

Sumqayıt sakinləri bilir ki, 36-ci məhəllə şəhərin mərkəzi hesab olunur. Görün indi şəhərin kənarında vəziyyət necədir.

Təqribən 10 gün öncə də qonşu məhəllədən bir dostumuzun avtomobilini oğurlamışdılar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm