Bakı-Qazax yolunda AĞIR QƏZA: 6 maşın bir-birinə çırpıldı - Yaralılar var
Bizi izləyin

Hadisə

Bakı-Qazax yolunda AĞIR QƏZA: 6 maşın bir-birinə çırpıldı - Yaralılar var

Kürdəmir rayonunda zəncirvari qəza baş verib.

Publika.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Ümumilikdə 6 maşın olmaqla bir neçə yük və minik avtomobili idarəetməni itirərək bir-birinə çırpılıb. Nəticədə, avtomobillərə ciddi ziyan dəyib, yaralılar var.

İlkin məlumata görə, qəzaya havanın şaxtalı olması və yolun buz tutması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu barədə jurnalist Amil Hacıyev paylaşım edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm