
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Publika.az xəbər verir ki, yanvarın 9-da saat 8 radələrində Sabunçu rayonu ərazisində Lerik rayon sakini O.Əkbərov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini N.Cavadovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.