Nizami küçəsində fəhlə hündürlükdən yıxıldı - Ağır xəsarət aldı
Bizi izləyin

Hadisə

Nizami küçəsində fəhlə hündürlükdən yıxıldı - Ağır xəsarət aldı

Yanvarın 13-də saat 11 radələrində Göyçay rayon sakini 1973-cü il təvəllüdlü Əmirov Teyyub Adil oğlunun hündürlükdən yıxılaraq xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Publika.az Göyçay rayon prokurorluğuna istinadən xəbər verir ki, ilkin araşdırmalarla Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyri-yaşayış obyektində fəhlə işləyən Teyyub Əmirovun iş zamanı hündürlükdən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm