Daşkəsəndə dəhşətli hadisə - ÖLƏN VAR
Bizi izləyin

Hadisə

Daşkəsəndə dəhşətli hadisə - ÖLƏN VAR

Daşkəsən rayonunda ağır yol qəzası baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Daşkəsən rayonu ərazisində “МАЗ” markalı yük avtomobilinin yol kənarına aşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasediciləri sıxılı vəziyyətdə qalan 1971-ci il təvəllüdlü Süleymanov Şahin Abbas oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm