Zabratda baş verən yanğın söndürüldü
Bizi izləyin

Hadisə

Zabratda baş verən yanğın söndürüldü

Bakı şəhəri, Sabunçu rayonunun Zabrat qəsəbəsində qamışlıq ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki, daha əvvəl Nazirliyin "112" qaynar telefon xəttinə Zabrat qəsəbəsində qamışlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm