Latviyadakı səfirliyimizdə yanğın olub? - AÇIQLAMA
Bizi izləyin

Hadisə

Latviyadakı səfirliyimizdə yanğın olub? - AÇIQLAMA

Yanvarın 14-də Azərbaycanın Latviyadakı səfirliyində yanğının baş verməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlar həqiqətə uyğun deyil.

Publika.az xəbər verir ki, bu barədə AzərTAc-a Azərbaycanın Latviyadakı səfirliyindən bildirilib.

Məlumata görə, yanğın Riqa şəhərinin mərkəzində, Raina Bulvaris 2 ünvanında yerləşən, birinci mərtəbəsi səfirliyə məxsus olan binanın ikinci mərtəbəsindəki mənzildə baş verib.

Qeyd edilib ki, saat 17:30 radələrində başlayan yanğın lokal xarakterli olub və qısa zamanda söndürülüb. Səfirliyə heç bir zərər dəyməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm