
Yanvarın 20-də saat 8 radələrində Sumqayıtda ağır yol qəzası baş verib.
Publika.az xəbər verir ki, şəhərin Azərbaycan prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini C.İsmayılova vurulub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Sumqayıt ŞPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.