
Xəbər verdiyimiz kimi Bakı şəhəri, Binəqədi rayonu, Faiq Rüstəmov küçəsi ünvanında fərdi evdə yanğın hadisəsi baş verib.
Publika.az xəbər verir ki, baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
20:00
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Faiq Rüstəmov küçəsi ünvanında fərdi evdə yanğın olması barədə məlumat daxil olub.
Publika.az xəbər verir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.