Hadisə
Azərbaycanda 14 yaşlı oğlan yoxa çıxdı - Nazirlik HƏRƏKƏTƏ KEÇDİ
Bu gün saat 17:00 radələrində Lənkəran şəhərinin Zövlə kəndi ərazisində naməlum şəraitdə itkin düşmüş 2007-ci il təvəllüdlü Cəfərov Burxan Nəriman oğlunun axtarışlarının aparılması üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə müraciət daxil olub.
Nazirlikdən "MediaPost"a verilən məlumata görə, müraciətlə əlaqədar FHN-nin müvafiq strukturları və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri axtarışlara cəlb olunub.
Hazırda axtarışlar B.Cəfərovun itkin düşdüyü ehtimal olunan ərazidən keçən Ulumçay çayının sahil zolağında, çayətrafı və ora yaxın ərazilərdə aparılır.
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub