Bakıda dəhşətli hadisə: Gənc qadın özünü binadan atdı - FOTO
Bizi izləyin

Hadisə

Bakıda dəhşətli hadisə: Gənc qadın özünü binadan atdı - FOTO

Bakının Nərimanov rayonu ərazisində intihar hadisəsi baş verib.

Publika.az-a daxil olan məlumata görə, hadisə bu gün 15:10 radələrində baş verib.

Hələlik kimliyi dəqiqləşməyən qadın özünü hündürmərtəbəli binadan atıb. Hadisə Əliyar Əliyev küçəsində, "Azenko" binalarının birində yaşanıb.

On beşinci mərtəbədən özünü atan qadının hansı səbəbdən intihar etməsi barədə məlumat yoxdur.

Avtomobilin üzərinə düşən qadının elə hadisə yerindəcə keçindiyi bildirilir.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm