Hadisə
Quşçuda püskürən vulkanla bağlı monitorinq aparıldı
Şamaxı rayonunun Quşçu kəndi ərazisində palçıq vulkanı püskürüb. Yerli sakinlər püskürmədən əvvəl ərazidə güclü uğultu səsi eşidiblər. Palçıq vulkanları üçün xarakterik olan alov sütunu budəfəki püskürmə zamanı qeydə alınmayıb. Sakinlərin sözlərinə görə, adətən kənd ərazisində vulkan püskürmələri müşahidə edilir, lakin son vulkan püskürməsi daha güclü olub.
Publika.az xəbər verir ki, vulkanın püskürdüyü ərazidə tektonik çatlar da yaranıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Milli Elmlər Akademiyasının əməkdaşları tərəfindən ərazidə monitorinq aparılıb.
Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev deyib: “Dünən axşam saatlarında, təxminən 19:30 radələrində Şamaxı rayonunun İnzibati ərazisində yerləşən Quşçu kəndində vulkan püskürməsi qeydə alınıb. Püskürmə güclü uğultulu səslərlə müşahidə olunub. Budəfəki püskürmə alovsuz müşahidə olunub. Quşçu palçıq vulkanının budəfəki püskürməsinə nəzər yetirsək görərik ki, xaric olunmuş süxurlar bərk haldadır. Qeyd edək ki, digər püskürmələr zamanı xaric olunmuş məhsulların tərkibində suyun konsentrasiyası çox olduğu və həmin məhsullar nisbətən daha hərəkətli olduğu üçün daha geniş ərazilərə yayılır. Bu dəfə isə qalaq formasında bir ərazidə toplanaraq nisbətən hündür kütlə yaradıb. Hesablamalar nəticəsində fərqli məsafə və hündürlüklər qeydə alınıb. Xaric olunmuş vulkan məhsulu 3 hektar əraziyə yayılıb, həcmi isə 27 min kubmetr təşkil edib”.
AMEA Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin aparıcı elmi işçisi Orxan Abbasov bildirib ki, Quşçu vulkanı Azərbaycanın ən aktiv palçıq vulkanlarından biridir: “Biz artıq vulkanın sayca 16-cı püskürməsini qeydə aldıq. Burda belə bir fərq var ki, bu vulkanının əslində üç püskürmə mərkəzi var. Ənənəvi püskürmə mərkəzi olan həmişə püskürən vulkan sahəsi onun şimalında yerləşir. İlk dəfə olaraq cənub püskürmə mərkəzi uzun illərdən sonra püskürüb. Biz Ekologiya Nazirliyinin işçiləri ilə birlikdə ilkin araşdırmalar, qiymətləndirmələr aparmışıq. Sahəsi çox böyükdür. Ona görə böyükdür ki, palçıq vulkanı uzun müddətdir püskürmür, enerjisi çoxdur. Bundan əvvəl yaxınlıqda, Qobustan rayonunda digər bir palçıq Vulkanı püskürmüşdür- Şıxzəyirli vulkanı. Bu artıq ikinci vulkandır. İlin əvvəlində artıq iki püskürmə qeydə alınıb. Bu da ərazidəki seymik aktivliklə əlaqəlidir. Çox güman ki, həmin seysmik hadisələr bu palçıq vulkanının heç vaxt püskürməyən sahəsinin aktivləşməsinə səbəb olmuşdur”.
-
Kriminal03:30
Sumqayıtda ərlə arvad qətlə yetirildi, onların oğlu saxlanldı - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO