Salyanda yol qəzası - Xəsarət alan var
Bizi izləyin

Hadisə

Salyanda yol qəzası - Xəsarət alan var

Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Xəlil Rza Ulutürk prospektində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində rayonun Beştalı kənd sakini, 1987-ci il təvəllüdlü Ağayev Ceyhun Alıkişi oğlu müxtəlif xəsarətlər alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. / "Report"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm