DİN lüks avtomobilin törətdiyi dəhşətli qəza barədə məlumat yaydı
Bizi izləyin

Hadisə

DİN lüks avtomobilin törətdiyi dəhşətli qəza barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 24-də saat 1 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində Bakı şəhər sakini Ə.Həsənzadə idarə etdiyi “Range Rover” markalı avtomobili yolun kənarında dayanmış paytaxt sakinləri A.Bağırova məxsus “Mercedes” və N.Rzayevə məxsus “Daewoo” markalı avtomobillərə vurub. Nəticədə Ə.Həsənzadə aldığı xəsarətlərdən hadisə yerində ölüb, A.Bağırov xəstəxanaya yerləşdirilib.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm