Hadisə
FHN əməkdaşı həyatını riskə atdı - 2 uşağı ölümdən qurtardı
25.01.2021-ci il tarixdə saat 12:17 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şabran şəhərində fərdi evdə yanğın olması və içəridə azyaşlı uşaqların qalması barədə həyəcanlı zəng daxil olub.
Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri qeyd olunan ünvana cəlb olunub.
Hadisənin təsadüfi şahidlərindən olan və həmin vaxt xidmətdə olmayan (növbədən sonra istirahət vaxtı) Şabran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşı çavuş Əhmədov Xəlil Cabir oğlu yanğın bölmələrinin gəlməsini gözləməyərək yanan evə daxil olub və ölüm təhlükəsi ilə üzləşən 2014-cü il təvəllüdlü Niyazova Təranə Zaur qızını müxtəlif yanıq xəsarətləri ilə və 2015-ci il təvəllüdlü Niyazov Araz Zaur oğlunu tüstüdən zəhərlənmiş halda təhlükəsiz əraziyə çıxarmağa müvəffəq olub. Xilas olunan azyaşlılar vətəndaşlar tərəfindən Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Yanğın nəticəsində ümumi sahəsi 180 m² (hər mərtəbəsi 90 m²) olan ikimərtəbəli 4 otaq və 2 aynabənddən (taxta konstruksiyalı) ibarət evin yanar konstruksiyaları 55 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR
-
Dünya10:15
Bayden İsrailə bu İsrail şəhərinə hücumu qadağan etdi: Rusiya ələ saldı
-
Nida Xəbər 09:30
Bakıda bu ərazi sökülür - Sakinlər narazıdır
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?