• USD 1,7000 0,00% EUR 2,0661 0,00%
    • GBP 2,3748 0,00% RUB 0,0229 0,00%

Xırdalanda GÜCLÜ PARTLAYIŞ: 1 ölü, 6 yaralı - FOTO/VİDEO (YENİLƏNİR)

  • Hadisə
  • 26 Yanvar 2021 00:35
  • 8 728 Baxış
Xırdalanda GÜCLÜ PARTLAYIŞ: 1 ölü, 6 yaralı - FOTO/VİDEO

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Publika.az xəbər verir ki, həyata keçirilmiş tədbirlər nəticəsində dağıntı altından bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, FHN-in xilasedicilərinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində bundan əvvəl dağıntı altından 6 nəfər vətəndaş xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Axtarış-xilasetmə əməliyyatı davam edir.

Əlavə məlumat veriləcək.

***

25.01.20 20:33

25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə uçqunla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Publika.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib, partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb.

FHN-in əməkdaşları tərəfindən operativ olaraq biri uşaq olmaqla altı nəfər xilas edilərək müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Dağıntı altında qalan şəxs və ya şəxslərin olması ehtimalı nəzərə alınaraq axtarış-xilasetmə əməliyyatı davam edir.

Əlavə məlumat veriləcək.

***

19:05

Abşeron rayonunun Xırdalan şəhərində partlayış olub.

Publika.az xəbər verir ki, hadisə Xırdalan şəhəri 27-ci məhəllədə baş verib.

Məlumata görə, partlayışdan sonra evdə yanğın başlayıb. Əraziyə yanğınsöndürənlər cəlb edilib.

İlkin məlumata görə, dağıntılar altında qalan iki nəfər xilas edilib. Onlardan biri uşaq, digəri isı qadındır.

Partlayışın təsirindən yaxınlıqdakı evlərə zərər dəyib. Belə ki, evlərin pəncərələrinin şüşələri qırılıb.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR