Xırdalanda partlayış yerinə xüsusi itlər gətirildi - FOTO/VİDEO
Bizi izləyin

Hadisə

Xırdalanda partlayış yerinə xüsusi itlər gətirildi - FOTO/VİDEO

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı hələ də davam etdirilir.

Publika.az xəbər verir ki, əməliyyata Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətindən 228 nəfər şəxsi heyət, 19 ədəd texnika və 4 xüsusi təlim keçmiş it, Dövlət Yanğından Mühafizə Xidmətindən 20 nəfər şəxsi heyət və 3 ədəd texnika cəlb olunub.

Qeyd edək ki, hazırda dağıntılar altında qaldığı ehtimal olunan uşağın xilas edilməsi üçün axtarış-xilasetmə əməliyyatı aparılır. Dağıntılar altında qaldığı ehtimal olunan uşaq 2012-ci il təvəllüdlü Fatimə Musayevadır. Onun atası Vüsal Musayev yaralı vəziyyətdə çıxarılaraq xəstəxanaya yerləşdirilib, anası 1988-ci il təvəllüdlü Aytən Musayevanın isə meyiti çıxarılıb.

İndiyədək dağıntılar altından ümumilikdə 6 nəfər vətəndaş xilas olunub.

Bizim

Oxumağa davam et
Reklam
Reklam

Gündəm