Xırdalanda dəhşətli partlayışda ölən uşağın cəsədi aşkarlandı
Bizi izləyin

Hadisə

Xırdalanda dəhşətli partlayışda ölən uşağın cəsədi aşkarlandı

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evinin dağıntıları altından Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən daha bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Publika.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Dağıntılar altında qalan şəxsin olmadığı nəzərə alınaraq, FHN tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.

Qeyd edək ki, Nazirliyin qəza-xilasetmə qüvvələrinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində dağıntılar altından 6 nəfər xilas olunub, 2 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, meyiti tapılan şəxs 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızıdır. Onun anası, 1988-ci il təvəllüdlü Aytən Musayevanın cəsədi dünən aşkarlanmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm