
Bakıda daha bir intihar hadisəsi baş verib.
Publika.az xəbər verir ki, hadisə yanvarın 26-sı saat 17 radələrində paytaxtın Binəqədi rayonu, S.S.Axundov küçəsində qeydə alınıb.
Belə ki, Bakı sakini, 1983-cü il təvəllüdlü Məmmədzadə Səbinə Adil qızı yaşadığı çoxrmərtəbəli binanın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.