Hadisə
Xırdalandakı partlayışla bağlı daha bir AÇIQLAMA
Xırdalanda ikimərtəbəli yaşayış evində baş vermiş partlayış qazın verilməsində hər hansı bir problemlə əlaqəli olmayıb.
“Gün ərzində “Azəriqaz”ın “104” qaynar xəttinə bu ərazidə qazın təzyiqi və ya dayanması ilə bağlı şikayət daxil olmayıb. Bu cür müraciətlər bizə daxil olan zaman onlar sistemdə qeyd olunur. Bunu istənilən aidiyyatı orqan yoxlaya bilər. Partlayış baş verən gün isə ərazidən bizə heç bir şikayət daxil olmayıb”, - bunu “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev bildirib.
O qeyd edib ki, Nazirlər Kabinetinin qərarına əsasən, yeraltı qazsızmalar “Azəriqaz”ın səlahiyyətindədir və bununla əlaqədar altı aydan bir baxış keçirilir:
“Azəriqaz” İB yalnız yeraltı qaz kəmərləri və sayğaca qədər olan kəmərlərin istismarından məsuliyət daşıyır. Sayğacdan sonra isə məsuliyyət “Azəriqaz”ın səlahiyyətində deyil. Xırdalanda hadisə baş verən ərazidə isə hər hansı bir yeraltı qaz kəməri də keçmir”.
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü