• USD 1,7000 0,00% EUR 2,0661 -0,17%
    • GBP 2,3748 -1,35% RUB 0,0229 -0,87%

Bakıdakı intiharın ŞOK TƏFƏRRÜATI: Eyvanın qapısını açıb və...

  • Hadisə
  • 26 Yanvar 2021 22:00
  • 2 934 Baxış
Bakıdakı intiharın ŞOK TƏFƏRRÜATI: Eyvanın qapısını açıb və...

Xəbər verdiyimiz kimi, bu gün Binəqədi rayonu, S.S.Axundov küçəsində intihar hadisəsi baş verib.

Publika.az intihar edən 1983-cü il təvəllüdlü Məmmədzadə Səbinə Adil qızı ilə bağlı bəzi məlumatlar əldə edib.

Belə ki, çoxmərtəbəli binanın 5-ci mərtəbəsindən özünü atan 38 yaşlı qadının psixoloji problemləri olub. Hadisə zamanı onun əlində paltarla dolu çanta və ayağında gündəlik geyindiyi "krasofka" olub.

Ehtimal edilir ki, o, eyvanın qapısını açıb, sanki evdən çölə çıxırmış kimi hərəkət edib. Yəni, intihar etmək fikri olmayıb.

Məlumata görə, Səbinənin yaşlı anası və bir oğlu var. Oğlu nənəsi ilə birlikdə Ayna Sultanova küçəsində yerləşən mənzillərin birində yaşayır.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR