Hadisə
İki rayonda minaatan mərmisi, qumbaralar aşkarlandı
Yanvarın 27-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən və Dövlət Sərhəd Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Goranboy və Qazax rayonları ərazisində mərmilərin tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan Publika.az-a bildirilib ki, məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları, Daxili İşlər Nazirliyinin Goranboy və Qazax rayon Polis Şöbələrinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri, Daxili İşlər Nazirliyinin Goranboy və Qazax rayon Polis Şöbələrinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis və sərhədçilər tərəfindən mühasirəyə alınıb.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonunun Yenikənd kəndi ərazisindən 1 ədəd 60 millimetrlik M-49 minaatan mərmisi, 3 ədəd F-1 əl qumbarası, 1 ədəd RQO əl qumbarası, 1 ədəd RQN əl qumbarası, 1 ədəd RPQ-18 silahı (raketi ilə birlikdə), 3264 ədəd müxtəlif çaplı patron, 9 ədəd daraq (boş), Qazax rayonunun Fərəhli kəndi ərazisindən isə 1 ədəd 100 millimetrlik top mərmisi (PS-34) aşkarlanıb, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Hərbi təyinatlı əşyaların ətrafında 300 kvadratmetr əraziyə yerüstü, 20 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO