Mingəçevirdə faciəvi hadisə - Ölənlər var, axtarış başladı - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Mingəçevirdə faciəvi hadisə - Ölənlər var, axtarış başladı - YENİLƏNDİ

Bakıda iki kişi müəmmalı şəkildə yoxa çıxıb.

Publika.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat verilib.

Bildirilir ki, Mingəçevir şəhərinə qonaq gəlmiş Ramin adlı şəxs 31 yanvar 2021-ci ildə saat 17:00 radələrində Mingəçevir kənd sakini Səfixan adlı qayıqçının idarə etdiyi motorlu qayıqdan yoxa çıxıb. Aparılan araşdırılmada qayığın aşmadığı, qəzaya uğramadığı, Kürün sahillində qamışlıqda tapıldığı deyilir. İki günün axtarışları hələki nəticəsizdir. Səfixan və Ramini yoxa çıxması səbəbi məlum deyil.

Qeyd edək ki, Bakı şəhəri sakini olmuş Ramin Sadıqbəyli 2020- ci sentyabrın ortalarında ikinci Qarabağ müharibəsi ilə bağlı səfərbərliyə alınmış, Qubadlı- Zəngilan bölgəsinin düşməndən azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş, bu il yanvarın əvvələrində evə buraxılmışdı.

*****

Kür çayında iki nəfər batıb.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

FHN-in "112" qaynar telefon xəttinə 31.01.2021-ci il tarixdə Mingəçevir şəhəri ərazisindən qayıqla balıq ovuna çıxmış 1983-cü il təvəllüdlü Yusifov Səfxan Aydın oğlu və 1995-ci il təvəllüdlü Sadıxbəyli Ramin Qaçay oğlunun Kür çayında batmalarına əsaslı şübhələrin olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar olaraq, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

İlkin axtarış tədbirləri çərçivəsində 01.02.2021-ci il tarixdə Kür çayında xüsusi qarmaqlar vasitəsilə kəşfiyyat işləri, sahil zolağında və çayətrafı ərazilərdə vizual baxış tədbirləri həyata keçirilib. İlkin axtarış tədbirləri nəticəsində çay qırağında axtarışda olan şəxslərə aid qayıq aşkar olunub.

Bu gün səhər saatlarından etibarən Kür çayında axtarış zonası daha da genişləndirilərək (Mingəçevir və Yevlax şəhərlərinə yaxın ərazidə) axtarışlar intensiv şəkildə davam etdirilir.

Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm