• USD 1,7000 0,00% EUR 2,0161 -0,49%
    • GBP 2,3452 -0,92% RUB 0,0233 -0,86%

Göygöldə tövlə yandı, qadın xəsarət aldı

Göygöldə tövlə yandı, qadın xəsarət aldı

Göygöl rayonunun Balçılı kəndində yanğın hadisəsi baş verib.

Publika.az FHN-nə istinadla xəbər verir ki, kənd sakini, 51 yaşlı Xavər Qarayevaya məxsus evinin həyətindəki tövlənin yanar konstruksiyaları və damına yığılan 3 ton ot bağlaması yanıb. Qadın yanğını söndürməyə cəhd edib. Lakin o, yanıq xəsarəti alıb. X.Qarayevaya hadisə yerində ambulator yardım göstərilib.

Yanğın Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə çağırılmış Göygöl rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR