Bakıda çoxmərtəbəli binada YANĞIN - VİDEO
Bizi izləyin

Hadisə

Bakıda çoxmərtəbəli binada YANĞIN - VİDEO

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 51 m2 olan mənzildə 1 ədəd divan və yataq dəsti yanıb, yüksək temperaturdan otağın divarları 12 m² sahədə qarsalanıb.

Yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bildirilir ki, yanan mənzildə yataq xəstəsi olan ana və oğlu yaşayır. Onlar tüstüdən zəhərlənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm