Bakıda inzibati binada YANĞIN
Bizi izləyin

Hadisə

Bakıda inzibati binada YANĞIN

Bakı şəhərinin Qaradağ rayonunda inzibati binanın 1-ci mərtəbəsində ümumi sahəsi 12 m² olan elektrik otağında 1 ədəd akkumulyator bloku yanıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb.

Otaq və orada olan digər avadanlıqlar yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm