SON DƏQİQƏ: Azərbaycanda bu gün ikinci ZƏLZƏLƏ BAŞ VERDİ - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

SON DƏQİQƏ: Azərbaycanda bu gün ikinci ZƏLZƏLƏ BAŞ VERDİ - (YENİLƏNDİ)

Şamaxıda zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Publika.az-a verilən xəbərə görə, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 08:12-də Qobustan stansiyasından 31 km cənubda Şamaxı rayonu ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələnin maqnitudası 3,8, dərinliyi 3 km. olub. Yeraltı təkan hiss olunmayıb.

Qeyd edək ki, yerli vaxtla saat 08:10-da Əli-Bayramlı stansiyasından 32 km şimal-qərbdə Hacıqabul rayonu ərazisində də zəlzələ qeydə alınıb.

Zəlzələnin maqniyudası 4, dərinliyi 3 km. olub. Zəlzələ hiss olunmayıb.

xxx

11:04

Hacıqabulda zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Publika.az-a verilən xəbərə görə,Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 08:10-da Əli-Bayramlı stansiyasından 32 km şimal-qərbdə Hacıqabul rayonu ərazisində qeydə alınıb.

Zəlzələnin maqniyudası 4, dərinliyi 3 km. olub. Zəlzələ hiss olunmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm