DİN əhaliyə müraciət etdi - BU QADINLA BAĞLI - FOTO
Bizi izləyin

Hadisə

DİN əhaliyə müraciət etdi - BU QADINLA BAĞLI - FOTO

Sumqayıt şəhərində yaşayan 1962-ci il təvəllüdlü Təranə Bəylərova 2020-ci il dekabrın 20-də yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.

Publika.az xəbər verir ki, evdən çıxarkən əynində göy rəngli qış gödəkçəsi, qara şalvar, ayağında çəkələk olub.

Onun əlamətləri belədir: Boyu təxminən 150 sm., ağ qısa saçlı, arıq bədən quruluşlu, gözləri şabalıdı rənglidir.

Şəkildə gördüyünüz qadını görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Sumqayıt Şəhər Polis İdarəsinə (+99418) 654-02-02 şəhər və (055) 277-20-07 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm