Salyanda polis nişan məclisinə basqın etdi - FOTO
Bizi izləyin

Hadisə

Salyanda polis nişan məclisinə basqın etdi - FOTO

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, Salyan RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayonun Noxudlu sakini Əziz Əliyevin yaşadığı evdə qonaqların iştirakı ilə gizli şəkildə nişan mərasimi təşkil etdiyi müəyyən edilib.

Məclisin təşkilatçısı və iştirak edən 9 nəfər barəsində inzibati qaydada protokollar tərtib olunaraq hər biri 200 manat cərimə ediliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm