Azərbaycan elminə BÖYÜK İTKİ - FOTO
Bizi izləyin

Hadisə

Azərbaycan elminə BÖYÜK İTKİ - FOTO

Azərbaycan Tibb Universitetinin (ATU) Bədən tərbiyəsi və idman kafedrasının müdiri (Təbib idman klubu), professor Kamal Əkbər oğlu Kəbirlinski dünyasını dəyişib.

Azərbaycan Tibb Universitetindən Publika.az-a verilən məlumata görə, o, 85 yaşında vəfat edib.

Professor Kamal Kəbirlinski 1969-cu ildən ATU-nun Bədən Tərbiyəsi və İdman Kafedrasına rəhbərlik edib. O, yüzlərlə elmi-məqalələrin, tezislərin, monoqrafiyaların, dərslik vəsaitlərinin müəllifi olub.

Prezident təqaüdçüsü Kamal Kəbirlinski "Tərəqqi" medalına layiq görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm