Polis əməliyyat keçirdi - "Avtoş" yaxalandı - FOTO
Bizi izləyin

Hadisə

Polis əməliyyat keçirdi - "Avtoş" yaxalandı - FOTO

Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin ( RPŞ DYPB) əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan avtoxuliqanlıq hərəkətləri edən sürücünü saxlayıb.

Publika.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən xəbər verir ki, əvvəllər də sürücülük hüququ olmadan yol hərəkəti qaydalarını kobud surətdə pozduğu üçün inzibati qaydada həbs edilən, rayon sakini, Tural Hüseynov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi məlum olub.

Həmin şəxs barəsində Şəmkir RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm