Bakıda yolu keçmək istəyən uşağı maşın vurdu
Bizi izləyin

Hadisə

Bakıda yolu keçmək istəyən uşağı maşın vurdu

Bakıda 7 yaşlı uşağın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Publika.az xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Şüvəlan qəsəbəsində 7 yaşlı Hüseynova Səbinə Akif qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona alın və yumşaq toxumalarının əziyi diaqnozları qoyulub. / "Report"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm