Ucarda DƏHŞƏTLİ QƏZA: Ölənlər və yaralananlar var
Bizi izləyin

Hadisə

Ucarda DƏHŞƏTLİ QƏZA: Ölənlər və yaralananlar var

Ucarda bir neçə nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə saat 21 radələrində Bakı-Qazax magistral yolunun rayonun Ənvər Məmmədxanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə 3 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.

Hələlik ölən və xəsarət alanların adları məlum deyil. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır. / "Report"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm