Hadisə
Gənc qızın intiharı ilə bağlı ARAŞDIRMA BAŞLADILDI

Bakıda gənc qızın valideynləri tərəfindən təzyiqlərə məruz qaldığı üçün intihar etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlarla əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində araşdırmalara başlanılıb.
Puiblika.az xəbər verir ki, bu barədə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
O qeyd edib ki, məsələ Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb.
“Hazırda bu istiqamətdə hüquq-mühafizə orqanları ilə birlikdə araşdırmalar aparılır. Araşdırmalardan sonra ictimaiyyətə yekun məlumat veriləcək”, - deyə o əlavə edib.
“Bir daha vətəndaşlardan xahiş edirik ki, belə hallarla rastlaşanda dərhal Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 860 nömrəli “Qaynar xətt”inə məlumat versinlər. Çünki bu cür halların qarşısının alınmasında ictimai nəzarət böyük əhəmiyyət kəsb edir. Vətəndaşlar tərəfindən bizim “Qaynar xətt”ə daxil olan məlumatlar əsasında biz zorakılıq hallarının qarşısını vaxtında ala bilərik", - Teymur Mərdanoğlu deyib.
Qeyd edək ki, 20 yaşlı S.Atakişiyeva fevralın 19-da Bakının Xətai rayonu, Yeryemenko küçəsində yerləşən çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Daha sonra qızın intihar etməsinə valideynlərinin səbəb olduğu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.

-
Sosial01:15
Kənd sakinləri illərdir içməli suya həsrət qalıb - VİDEO
-
Qoroskop00:37
Günün ulduz falı: Yeni il yeni şanslar və imkanlar vəd edir!
-
Qarabağ 26 Yanvar 23:28
Paşinyandan Qarabağdakı ermənilərə mesaj: “Qaçın...”
-
Sosial26 Yanvar 22:32
Sənədsiz evi olanların NƏZƏRİNƏ: Yüzlərlə sakin ... - VİDEO
-
Səhiyyə26 Yanvar 21:38
TƏBİB-dən valideynlərə XƏBƏRDARLIQ: "Xəstəliklərin mənbəyi..."
-
Magazin126 Yanvar 21:27
Aygünün doğum günündən möhtəşəm görüntülər - VİDEO
-
Sosial26 Yanvar 20:32
Bu ayın müavinət və təqaüdləri ödənildi
-
Yaxın Şərq26 Yanvar 19:32
İsrail Avropa Birliyini İranla mübarizə aparmağa çağırdı