
Fevralın 20-də saat 20 radələrində Bakı-Qazax magistral yolunun Ucar rayonunun Küçəkənd kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.
Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Gəncə şəhər sakini T.Həmzəyev idarə etdiyi “Mercedes” markalı avtomobili su kanalına aşırıb. Nəticədə sürücü və 2 sərnişin hadisə yerində ölüb, digər 2 sərnişin xəstəxanaya yerləşdiriliblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.