Bakıda məcburi köçkünlərin yaşadığı binada GÜCLÜ YANĞIN
Bizi izləyin

Hadisə

Bakıda məcburi köçkünlərin yaşadığı binada GÜCLÜ YANĞIN

Bakı şəhərinin Yasamal rayonunda məcburi köçkünlərin məskunlaşdığı yeddimərtəbəli yataqxana binasında güclü yanğın olub.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, damında ümumi sahəsi 250 m² olan yaşayış sahəsinin (artırma tikililər) yanar konstruksiyaları (daş, dəmir, taxta və digər konstruksiyalardan ibarət) 200 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının sahəsinin genişlənməsinin qarşısı alınıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm