
Fevralın 27-də saat 23 radələrində Sumqayıtda ağır yol qəzası baş verib.
Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, şəhərin 11-ci mikrorayon ərazisində şəhər sakini O.Məmmədov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən həmyerlisi B.Əliyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.