DİN 2 nəfərin öldüyü hadisə barədə məlumat yaydı
Bizi izləyin

Hadisə

DİN 2 nəfərin öldüyü hadisə barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi Bərdə baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 28-də saat 19 radələrində Bərdə rayonunun Dəymədağlı kəndi ərazisində kənd sakini R.Hüseynovun idarə etdiyi “VAZ-2106”, Ağdaş rayon sakini S.Abidovun idarə etdiyi “VAZ-2105” və Yevlax rayon sakini Ə.Əhmədlinin idarə etdiyi “Haval” markalı avtomobillər toqquşub. Nəticədə R.Hüseynov və sərnişini E.Quliyev hadisə yerində ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm