Vilayət Eyvazov polis rəisini aşağı vəzifəyə keçirdi
Bizi izləyin

Hadisə

Vilayət Eyvazov polis rəisini aşağı vəzifəyə keçirdi

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Şöbəsinin (PŞ) rəisi, polis polkovniki Ülvi Məmmədov vəzifədən azad edilərək Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin rəisi təyin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, Ü.Məmmədov 2020-ci ilin sonlarında Xəzər RPİ-nin 2-ci PŞ-nə rəis təyin edilmişdi. Onun hazırki postu daha aşağı vəzifədir.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm