Avtomobilləri cızan şəxs ələ keçdi
Bizi izləyin

Hadisə

Avtomobilləri cızan şəxs ələ keçdi

Martın 2-də Gəncə şəhəri ərazisində şəhər sakini E.Abdullayevə məxsus “Mercedes” markalı avtomobilin qəsdən cızılaraq sahibinə maddi ziyan vurulması barədə Nizami (Gəncə) RPİ-yə məlumat daxil olubş.

Publika.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən şəhər sakini E.Kərimov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun Gəncə şəhər sakinləri A.Hüseynova və S.İsmayılova məxsus “Toyota” və “KİA” markalı avtomobillərə ziyan vurması da müəyyən edilib.

Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm