Göyçayda meyiti tapılan 37 yaşlı kişinin FOTOSU
Bizi izləyin

Hadisə

Göyçayda meyiti tapılan 37 yaşlı kişinin FOTOSU

Göyçay rayon sakini bədbəxt hadisə nəticəsində vəfat edib.

Publika.az xəbər verir ki, Göyçay şəhərində yaşayan 37 yaşlı Emin Həsənov evin hamam otağında dəm qazından boğularaq ölüb.

Yaxınları onun hamamdan çıxmadığını görərək narahat olublar, qapını açdıqda isə, 37 yaşlı Eminin artıq vəfat etdiyi məlum olub.

Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.

Mərhumun fotosunu təqdim edirik.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm