Şəhid hərbçimiz dəfn edildi - FOTO
Bizi izləyin

Hadisə

Şəhid hərbçimiz dəfn edildi - FOTO

Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində ağır yaralanaraq koma vəziyyətinə düşən şəhid hərbi qulluqçusu Cəfərov Babək Məxsus oğlu dəfn edilib.

O, Samux rayonunun Qarayeri qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Samux rayon Əlikənd kənd sakini, 1991-ci il təvəllüdlü B.Cəfərov Vətən müharibəsi zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq komaya düşüb. O, martın 8-də müalicə aldığı xəstəxanada şəhidlik zirvəsinə ucalıb.

Şəhidin 2 övladı Vətənə əmanət qalıb.

Allah rəhmət eləsin!(Report)

Cəfərov Babək

Oxumağa davam et
Reklam
Reklam

Gündəm